Üzünüzün parlaq və gözəl görünməsi üçün 8 meyvə maskası FOTO


Digərləri 16 May 2018 23:39:00 299 0

Üzünüzün parlaq və gözəl görünməsi üçün 8 meyvə maskası  FOTO

Parlaq və sağlam dəriyə qovuşmaq hər bir qadının arzusudur.

Son.az axşam.az-a istinadən ev şəraitində hazırlaya biləcəyiniz hər növ dəriyə uyğun meyvə maskalarını təqdim edir:

Banan maskası - Əzilmiş bir banan, 2 xörək qaşığı yulaf unu və 1 xörək qaşığı gül suyunu qarışdırın. Üz və boyun nayihənizə sürtün. 15-20 dəqiqədən sonra təmiz dəsmalla silin və ilıq su ilə yuyun.

Limon maskası - 2 xörək qaşığı un, 2 limon suyu və 2 yumurta ağını qarışdırın və nəmli üzünüzə çəkin. 20 dəqiqədən sonra maskanı yuyun və üzünüzə mütləq nəmləndirici krem sürtün.

Çiyələk maskası - 1 çay qaşığı ərinmiş kərə yağını əzilmiş çiyələk püresi ilə qarışdırın və üzünüzə sürtün. 10 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Bu, əsasən dərisi quru olanlar üçün daha məsləhətdir.

Kivi maskası - 1 yumurta sarısını bir xörək qaşığı kivi suyu və bir xörək qaşığı zeytun yağı ilə qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin. 10-15 dəqiqədən sonra nəmli əski ilə maskanı silin.


Xəbərə aid fotolar