Rövşən Rzayev Bakıda sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb


Digərləri 16 May 2018 23:16:00 352 0

Rövşən Rzayev Bakıda sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 16-da Dövlət Komitəsinin sədr müavinləri ilə birgə Bakının Xəzər rayonunda bir neçə sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, sədr məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub, sakinlərlə söhbət edib, qayğılarını dinləyib, suallarını cavablandırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Rövşən Rzayev qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin mənzil problemlərinin həlli istiqamətində addımlar atılacağını qeyd edib.