Rəqqasə Fatimə: "Xəyanəti bağışlayırdım, bundan sonra..." FOTO


Şou-biznes 16 May 2018 21:01:00 345 0

Rəqqasə Fatimə: "Xəyanəti bağışlayırdım, bundan sonra..."  FOTO

Rəqqasə Fatimə Fətəliyevanın Son.az-a müsahibəsi.

- Fatimə xanım, rəqs etmək asandır, yoxsa rəqsi öyrətmək?

- Rəqs etməyə baxanda rəqs öyrətmək daha çətindir. Əsasən də kütlə ilə işləmək. Kütlə ilə, uşaqlarla işləmək daha çətindir.

- Tələbələriniz sizdən daha məşhur olar deyə qısqanclığınız yoxdur ki?

- Mənə rəqsi ustad rəqqasə Aliyə Ramazanlı öyrədib, vaxtilə mənə çox dəstək olub. Onun heç vaxt əməyini itirməyəcəyəm. Elə müəllimlər də olub ki, rəqsi öyrədiblər, sonra peşman olublar. Bu günə qədər də məni gözləri götürmür. Mən heç vaxt tələbələrimi qısqanmaram. Buna heç vaxtım da yoxdur.

- Rəqqasəliklə yanaşı mahnı da oxuyursunuz. Ola bilər mahnı oxumaq sizə rəqsi unutdursun?

- Mən xına işinə başlayanda düşünmürdüm ki, mahnı oxuyacağam. Sonradan düşünürdüm ki, niyə bunu mən özüm etməyim? Axı mən azərbaycanlı qızıyam, rəqslərimizi təmsil edirəm. Daha da maraqlı olmaq üçün, müğənni dostlarıma müraciət etdim. İlk bu sahədə mənə Nadir Qafarzadə kömək etdi.

- Belə başa düşdüm ki, oxumaq məhz xına üçün nəzərdə tutulub.

- Bəli, sırf xına mərasimlərində oxuyuram. Amma bir də görürsünüz ki, menecerimə zəng edirlər ki, yarım saatı neçəyə gedir toya? (gülür).

- Gedirsiniz?

- Getmirəm, amma yaxşı qonorar versələr, gedərəm (gülür).

- Bir ara müğənnilər arasında toy müharibəsi gedirdi, indi isə xınayaxdı savaşı başlayıb.


Xəbərə aid fotolar