DİQQƏT! Telefonlarınız bu xəstəliklərə yol aça bilər – VİDEO – FOTO


Digərləri 16 May 2018 20:45:00 285 0

DİQQƏT! Telefonlarınız bu xəstəliklərə yol aça bilər – VİDEO – FOTO

Gündəlik istifadə etdiyimiz, saatlarla əlimizdən düşməyən mobil telefonlar mikrob daşıyıcısıdır.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Mütəxəsisslərin də apardığı araşdırma nəticəsində bu, bir daha təsdiqini tapıb. Telefonda o qədər bakteriya var ki, ağlınıza gələcək ən çirkli yerlərdən daha çoxdur. Əksər telefon istifadəçiləri isə buna, demək olar ki, əhəmiyyət vermir.

Nəcməddin Dadaşzadə - Sakin: "Xeyr, belə vaxt olmur onun təmizliyinə fikir verməyə".

Səfər Yaqubzadə - Sakin: "Elə adamlar olur təmizləmirlər neçə vaxtdı, mikroblar olur".

Fəxriyyə Dadaşova - sakin: "Xeyr, təmizliyə arabir baxırıq. Belə çox da önəmli deyil".

Həmçinin mobil telefonlarda qızılı stafilakok bakteriyası da aşkarlanıb. Bu bakteriya isə insan sağlamlığı üçün real təhlükədir.

Nərmin Salayeva - Terapevt: "Əlimizdə daim üzümüzlə təmasda olduğu üçün bir çox infeksiya, xəstəliklərin də yayılma vasitəsi sayılır. Sözsüz ki, gigiyenik baxımdan riayət olunmadıqda xəstəliklərə yön göstərir. Belə ki, misal üçün, deyə bilərik ki, tənəffüs sistemi yolxucu xəstəliklərinə deyə bilərik ki, qripin, vərəmin yayılmasına yol göstərir. Dəri xəstəliklərindən göbələk xəstəlikləri, allergiya xəstəlikləri, ekzema xəstəliklərinə də yön göstərir.

Ən yaxşı halda telefonun üz səthini yalnız barmaq ləkələrindən təmizləmək üçün quru dəsmaldan istifadə olunur. Belə olan halda isə telefonun korpusunda olan mikroblar tam olaraq  təmizlənmir.


Xəbərə aid fotolar