Azərbaycanın qərb bölgəsində mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə start verilib


Digərləri 16 May 2018 20:06:56 246 0

Azərbaycanın qərb bölgəsində mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə start verilib

Qazax rayonunun Şıxlı kəndi ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanıb.

Bakı. Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri Tovuz, Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarını əhatə edən Ağdağ və Çeyrançöl ərazilərində, eyni zamanda Gürcüstan Respublikası ilə həmsərhəd olan Qazax rayonunun Şıxlı kəndi ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlayıblar. Qurumdan Trend-ə verilən məlumata görə, Şəmkir rayonunda 2000 ha, Tovuz rayonunda 2500 ha, Ağstafa rayonunda 2100 ha, Samux rayonunda 600 ha və Qazax rayonunda 800 ha sahədə (ümumilikdə 8000 ha sahədə) aparılmış monitorinqlər nəticəsində bu ərazilərin 5400 ha sahəsində sirayətlənmə aşkar edilib və kimyəvi mübarizə tədbirlərinə start verilib. Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.