Ərdoğan dünya liderləri ilə Fələstindəki vəziyyəti müzakirə edib


Dünya 16 May 2018 19:10:00 252 0

Ərdoğan dünya liderləri ilə Fələstindəki vəziyyəti müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani ilə Fələstindəki hadisələri müzakirə edib.

Son.az report-a istinadən xəbər verir ki, R.T.Ərdoğan hər üç ölkənin lideri ilə telefonla danışıb.

Bundan başqa, Türkiyə prezidenti Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani, İndoneziya prezidenti Coko Vidodo, Sudan prezidenti Ömər əl-Bəşirlə də telefonla danışıb və Fələstində yaranmış vəziyyəti müzakirə edib.