Lüksemburqda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib FOTO


Dünya 16 May 2018 18:15:00 227 0

Lüksemburqda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib  FOTO

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi, bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburqda, Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) silsilə tədbirlərə start verilib.

Belə tədbirlərdən biri Lüksemburqdakı Qarabağ Mədəniyyət Mərkəzində baş tutub.

Mərkəzdən Son.az-a verilən məlumata görə, diplomatik korpusun, yerli diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Azərbaycanın Belçika və Luksemburqdakı səfiri Fuad İsgəndərov açıq elan edib. O, AXC-nin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ilham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edib.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşov XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolundan, ölkənin neft strategiyasından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin bugünkü durumu, inkişaf yolu və milli brendinə çevrilən SOCAR barədə məlumat verib.


Xəbərə aid fotolar