Azərbaycanın aviadaşımalar bazarına daha 21 xarici aviaşirkət daxil olub


Digərləri 16 May 2018 17:16:00 237 0

Azərbaycanın aviadaşımalar bazarına daha 21 xarici aviaşirkət daxil olub

Son iki il ərzində Azərbaycanın aviasiya bazarına daha 21 aviaşirkət daxil olub.

Son.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən Trend-ə verilən məlumata görə, bunlar "Ata Airlines", "Montenegro Airlines", "Etihad Airlines", "Air Arabia", "Nord Wind Airline", "Ikar Airlines", "Ir Aero", "Al Naser Wings Airlines", "Pobeda Airlines", "Salam Air", "KomAviatrans Aero", "Jazeera Airlines", "Wataniya Airlines" (Kuwait National Airways), "Mahan Air", "Taban Air", "Israir", "Arkia Airlines", "Flynas", "Gulf Air", "Nordavia Regional Airlines", "Pegasus Airlines" aviaşirkətləridir.

2016-cı ildən başlayaraq, qüvvədə olan "Yay-2018" mövsümü də daxil olmaqla, Əl-Küveyt, Əbu-Dabi, Şarca, Tivat, Məsqət, Ər-Riyad, Dammam, Ufa, Krasnoyarsk, Samara, Trabzon, Jukovski, Manama, Sofiya, Alaniya və Kiyevin ikinici hava limanı olan Julyanı istiqamətləri üzrə 16 yeni reys açılıb.