Azərbaycan Xalça Muzeyi Varşavada sertifikata layiq görülüb (FOTO)


Digərləri 16 May 2018 11:46:00 303 0

Azərbaycan Xalça Muzeyi Varşavada sertifikata layiq görülüb (FOTO)

Azərbaycan Xalça Muzeyi Varşavada “Muzey innovasiyaları” konfransında təmsil olunub.

Bakı. Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova 9-12 may tarixlərində Polşanın Varşava şəhərində Beynəlxalq Muzey Forumunun “Avropanın ən yaxşı muzeyi 2018” mükafatı üçün təşkil etdiyi müsabiqə çərçivəsində keçirilən “Muzey innovasiyaları” konfransında Azərbaycan Xalça Muzeyini təmsil edib. Muzeydən Trend-ə verilən məlumata görə, tədbir Avropa Muzey Forumu (EMF), Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, İctimai Kolleksiyalar və Muzeylər üçün Milli İnstitut, Avropa Şurası və Polşa Muzeyinin birgə təşkilatçılığı ilə Varşavanın Polşa Yəhudilərinin Tarixi Muzeyində keçirilib. “Avropanın ən yaxşı muzeyi 2018” mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi ilə yanaşı, Böyük Britaniya, Türkiyə, İsveç, Hollandiya, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya muzeyləri olub.