Yay gəlməyib, dəniz suyunun temperaturu isə 20 dərəcə istiyə yüksələcək


Digərləri 16 May 2018 09:20:00 176 0

Yay gəlməyib, dəniz suyunun temperaturu isə 20 dərəcə istiyə yüksələcək

Dənizdə istirahət etməyi sevənlər üçün bu günün hava proqnozu münasibdir.

Bakı. Dənizdə istirahət etməyi sevənlər üçün bu günün hava proqnozu münasibdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. Havanın hərarətinə gəlincə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.