Asan və tez hazırlanan desertlər


Digərləri 16 May 2018 07:00:00 337 0

Asan və tez hazırlanan desertlər

İsti yay aylarında sərin qidalara ehtiyac duyulur. Bu zaman asan hazırlanan desertlər köməyə çatır.

Son.az axşam.az-a istinadən bir neçə desertin hazırlanma qaydasını təqdim edir:

Meyvəli desert

Tərkibi:

Portağal - 1 ədəd

Banan - 1 ədəd

Üzüm - 100 qr

Şaftalı - 2 ədəd

Çiyələk - 5 ədəd

Şokolad - 1-2 dilim

Qaymaq - 50 qr Hazırlanma qaydası:

Bütün meyvələri xırda-xırda doğrayın, sonra yaxşıca qarışdırıb desert qablarına yığın. Hazır çərəzin üzərinə bərk köpük halına qədər çalınmış qaymaq əlavə edin. Deserti şokolad dənələri ilə bəzəyin.