Mütəxəssislər itmiş təyyarənin marşrutundakı qəribəliyi izah etməyə çalışıblar


Digərləri 16 May 2018 03:30:00 250 0

Mütəxəssislər itmiş təyyarənin marşrutundakı qəribəliyi izah etməyə çalışıblar

"Malayziya Hava Yolları" şirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsinin yoxa çıxması, çox güman ki, pilotun şüurlu hərəkətləri nəticəsində baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə qənaətə Avstraliyanın "9Now" telekanalında çıxış edən mütəxəsisslər gəliblər.

Həm pilot, həm də aviakonstruktor olan Simon Hardi hesab edir ki, təyyarənin komandiri Zhariya Ahmad Şah təyyarənin aşkar edilmə sistemini söndürdükdən sonra dispetçerləri çaşdırmaq üçün onu Malayziya ilə Tailandın sərhədinə yönəldib. Mütəxəssisin rəyinə görə, bu istiqamət məqsədli şəkildə seçilib.

Bundan sonra Ahmad Şah anadan olduğu Pinanq ştatı üzərində dövrə vurub ki, bunu da onun doğma yerlərlə vidalaşmaq üçün etdiyi güman olunur.


Xəbərə aid fotolar