Bədənindəki "siqnallar" hansı xəstəlikdən xəbər verir?


Digərləri 16 May 2018 00:45:00 298 0

Bədənindəki "siqnallar" hansı xəstəlikdən xəbər verir?

Özünü heç də pis hiss etmirsən. Amma buna baxmayaraq bədənində qəfildən əvvəlcə heç rastlaşmadığın qəribə simptom başladı. Məsələn, ürək döyüntün tezləşir, susuzluqdan əziyyət çəkirsən... bu xəbərdarlıq siqnallarına laqeyd qalmaq olmaz. Bəlkə də bu hansısa bir xəstəliyin siqnalıdır. Bütün xəstəlikləri erkən müalicə etmək müsbət nəticə verir. 

Son.az axşam.az-a istinadən bildirir ki, bədənimizin xəstəliklərlə bağlı verdiyi siqnallara əhəmiyyət vermək vacibdir.

Dodaqlar quruyur və çatlayır

Dodaqlarını tez-tez yalayırsan? Əgər bu, küçədə baş verirsə, dodaq çatlayır. Təbii haldır. Digər halda isə bunun səbəbi orqanizmdə vitamin və aminturşusu çatışmazlığıdır. Bəzən istifadə etdiyiniz dodaq boyası da allergiya yarada bilər. Elə insanlar var ki, onların bədəni nikotin qəbul etmir. Dodaq ətrafındakı çatlar stafilokok və ya göbələyə yoluxmanın göstəricisidir. 

Nə etməli? Əgər problem yeni başlayıbsa, bunu özün də aradan qaldıra bilərsən. Məsələn, dodaq boyanı dəyişdir, gün ərzində su qəbulunu çoxalt. (1,5 litrdən çox olmasın). Yediklərinə diqqət et: süd məhsulları, yulaf, qara çörək, ət, tərəvəz və meyvələri çox yeməyə başla. Həkimə müraciət etməyi yaddan çıxartma. Ola bilsin ki, problem ciddidir, sənə həkim müalicəsi lazımdır.

Damaq qanaması

Dişlərini fırçalayan zaman damağından qan axmağa başlayır? Fırçaya diqqət et: ola bilsin o coddur, damağını zədələyir. Yox, əgər fırçanla bir problem yoxdursa, demək məsələ bir az ciddidir. Damaq qanaması bir çox xəstəliyin ilk əlamətidir: qinqivit, diabet, gemofiliya və C vitamini çatışmazlığı.

Nə etməli? Həkimə müraciət et, qan analizi ver. Tərkibində C vitamini olan meyvə və tərəvəzlər ye. Palıd kökü, qoyunqıran və ya qanotunu qaynar suya töküb, 2-3 saat saxla. Sonra bu su ilə gündə iki dəfə dişlərini yaxala.