İnsanın həyat yoldaşı elə olmalıdır ki, onun qəlbinin dirilməsinə səbəb olsun


Digərləri 15 May 2018 22:45:00 301 0

İnsanın həyat yoldaşı elə olmalıdır ki, onun qəlbinin dirilməsinə səbəb olsun

İslam dini dost və rəfiq mövzularına xüsusi əhəmiyyət verən bir dindir. Çünki insan ictimai varlıq olduğu üçün, onun dosta ehtiyacı vardır. Çünki dost insan şəxsiyyətinin formalaşmasına təsir edər və onun həyat yolunu seçməkdə böyük rolu olar.

Həyat yoldaşı - insan üçün ən yaxşı və qalıcı dostdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, onunla bir damın altında uzun zaman ömür sürürsən. Ona görə də həyat yoldaşı seçimində gərək İlahi meyarlara riayət edəsən.

Elə həyat yoldaşı seçmək lazımdır ki, Qiyamət günü bizi zalımlardan etməsin. O zalımlardan ki, həsrət çəkər və deyərlər: "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).

İnsanın həyat yoldaşı elə olmalıdır ki, öz həyat yoldaşını cavidan həyata çatdırar və qəlbinin dirilməsinə səbəb olar. Hər zaman ki, ona nəzər salarsa, Allahı xatırlayar.