Həmas: İsrailə qarşı etirazlar davam edəcək


Dünya 15 May 2018 22:34:00 398 0

Həmas: İsrailə qarşı etirazlar davam edəcək

Qəzza bölgəsinə nəzarət edən Həmas hərəkatının lideri İsmayıl Haniyyə İsrail sərhədində "Böyük qayıdış" yürüşünün davam edəcəyini elan edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İki aya yaxın davam edən "Böyük qayıdış" kampaniyası çərçivəsində keçirilən etiraz aksiyalarında İsrail hərbçiləri 110 fələstinlini qətlə yetirib, 10 minə yaxın insan güllə yarası alıb və ya gözyaşardıcı qazdan zəhərlənib.