Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?


Digərləri 15 May 2018 22:10:00 280 0

Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?

Şükrün növləri və dərəcələri vardır ki, onlarla tanış olaq.

Şükrün iki növü vardır: zahiri və həqiqi.

Zahiri şükür.

Zahiri şükür - dildə və səthi deyilən şükürdür. Son.az deyerler.org-a istinadən bildirir ki, bu şükür insanın batinindən çıxmaz, bəlkə sadəcə səthi şəkildə dildə deyilər.

Həqiqi şükür.

Həqiqi şükür odur ki, insanın batinində qərarlaşar, daxilindən gələr.

Həqiqi şükrün öz növbəsində, iki növü vardır: hissi şükür və əməli şükür.

Hissi şükür - o şükürdür ki, insan öz daxilində təşəkkür hissinə malik olar. Batini bir haldır.

Əməli şükür isə o şükürdür ki, insan Allahın ona verdiklərindən Onun yolunda istifadə edər. Əlbəttə də şükrün bu növü daha ali və daha yüksəkdir.