İnsan Allahı sevibsevmədiyini necə bilə bilər?


Digərləri 15 May 2018 21:40:00 235 0

İnsan Allahı sevibsevmədiyini necə bilə bilər?

Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?". Buyurur: "Allahdan razı olmaq və Onu sevmək".

İmam Sadiq (ə) buyurur: "İlahi övliyaları və onların vilayətini sevmək vacibdir. Onların düşmənlərindən bezar olmaq da lazımlıdır".

İmam Baqir (ə) buyurur: "Bil ki, (insanlara) yaxın olmaq - Allahdandır. (İnsanlarla) düşmən olmaq - şeytandandır".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Məbada Allahın düşmənini sevəsən və ya Allahın dostu olmayanlar üçün dostluğunu xalis edəsən. Çünki hər kəs hansı dəstəni sevər, onlarla məhşur olar".

İmam Sadiq (ə) buyurur: "Qəlb - Allahın hərəmidir. Ona görə də Allahdan qeyrisinə qəlbində yer vermə".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Davuda (ə) buyurur: "Məni sev və Məni xəlqimin məhbubu et".

Davud (ə) deyir: "Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?".

Buyurur: "Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər"".