Meyvə və tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayın


Digərləri 15 May 2018 21:35:00 245 0

Meyvə və tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayın

Meyvə və tərəvəzləri müxtəlif ziyanvericilərdən, alaq otlardan və xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq üçün bütün dünyada xüsusi kimyəvi maddələrdən - pestisidlərdən istifadə olunur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, elmdə çoxdan sübut olunub ki, bütün pestisidlərin kanserogen (xərçəng yaradan) təsiri var. Onlar xüsusilə uşaqlar və hamilə qadınlar üçün ziyanlıdır.

Pestisidlər şəkərli diabetin, piylənmənin, sonsuzluğun riskini artırır, ana bətnində olan uşaqlarda müxtəlif pozulmaların və qüsurların inkişafına səbəb olur.

Masaçusets Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, adi ucuz sodadan istifadə etməklə meyvə və tərəvəzləri pestisidlərin 96%-dən təmizləmək mümkündür.