BDYPİ: Avtomobillərin arxa yan şüşələrinə pərdələrin vurulmasına icazə verildi


Digərləri 15 May 2018 20:01:43 284 0

BDYPİ: Avtomobillərin arxa yan şüşələrinə pərdələrin vurulmasına icazə verildi

Ölkədə yay fəsli ilə əlaqədar olaraq avtomobillərə jalüz tipli pərdələrin vurulmasına icazə verilib.

Bakı. Samir Əli - Ölkədə yay fəsli ilə əlaqədar olaraq avtomobillərə jalüz tipli pərdələrin vurulmasına icazə verilib. Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis mayoru Rüfət Quliyev deyib.