ABŞ İran Mərkəzi Bankının sədrinə sanksiya tətbiq edib


Dünya 15 May 2018 19:01:10 261 0

ABŞ İran Mərkəzi Bankının sədrinə sanksiya tətbiq edib

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ın sanksiya tətbiq etdiyi fiziki və hüquqi şəxslər sıyahısında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin də adı var. O, İran İslamı İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyinə görə "qara siyahı"ya düşüb.

Bundan əlavə, siyahıda üç ölkə - İran, İraq və Livan vətəndaşlarının da adları var. Onlardan ikisi SEPAH-a, biri isə"Hizbullah" təşkilatınadəstək verdiklərinə görə sanksiyaya məruz qalıblar.

Eyni zamanda mərkəzi qərargahıLivanda yerləşənAl Bilad İslam Bankının rəhbərliyindəki bəzi şəxslər də ABŞ-ın sanksiyaları ilə üzləşiblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını açıqlayıb.