Lerikdə narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı FOTO


Digərləri 15 May 2018 18:48:00 250 0

Lerikdə narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı   FOTO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, 13 may 2018-ci il tarixdə Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Piran kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara sakini Ələmdar Rəhimov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki sellafon torbanın içərisindən 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Ə. Rəhimov üzərindəki narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini etiraf edib.


Xəbərə aid fotolar