Müsabiqədə birinci olan azərbaycanlı müğənni İNTİHAR EDİB?


Digərləri 15 May 2018 17:52:00 267 0

Müsabiqədə birinci olan azərbaycanlı müğənni İNTİHAR EDİB?

2.5 il öncə yaşadığı binanın beşinci mərtəbəsindən özünü ataraq intihar etdiyi deyilən gənc müğənni Elvin Ordubadlının anası "Bizimləsən" verilişində fəryad edib.

Son.az xəbər verir ki, dünən Sumqayıtda iki gəncin intihar edərək özünü öldürməsi ilə müzakirələrin getdiyi verilişə dəvət edilən qadın övladının yoxluğu ilə barışa bilmədiyini gözyaşı içində qeyd edib.

Elvinin anası oğlunun ölüm anını ilk dəfə təfərrüatı ilə efirdə açıqlayıb. 

Qeyd edək ki, Elvin Ordubadlı "ATV" telekanalında təşkil edilən "Səs Azərbaycan" yarışında Elza Seyidcahanın komandasından qalib olmuşdu. Yarışın qaydalarına görə də qalib gələn Elvin "Turkvision 2014" mahnı yarışında Azərbaycanı təmsil edib.