Azərbaycanda QİÇS xəstəlikləri üçün dərmanlar istehsal olunacaq


Digərləri 15 May 2018 15:19:00 238 0

Azərbaycanda QİÇS xəstəlikləri üçün dərmanlar istehsal olunacaq

Azərbaycanda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar istehsal olunacaq.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" tərəfindən Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyası əsasında ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal edəcək zavod inşa ediləcək. Zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək.