Qəbul imtahanları ilə bağlı yeni LAYİHƏ


Digərləri 15 May 2018 14:30:00 267 0

Qəbul imtahanları ilə bağlı yeni LAYİHƏ

Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu "Abituriyent" jurnalının 12 nömrəli buraxılışı nəşr olunub.

Mərkəzdən Son.az-a verilən məlumata görə, elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda istər buraxılış, istərsə də qəbul imtahanlarında son 5 il ərzində davamlı müsbət dinamika müşahidə olunur. Bunun üçün sadəcə olaraq əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmaq kifayətdir.

Təəssüflə qeyd etmək istəyirik ki, bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar.