Azfar Business League - ¼ final mərhələsi: Favoritlər yarımfinalda, Eyyub Əfəndiyev yenidən bombardirlik taxtında (FOTO, VIDEO)


Digərləri 15 May 2018 14:23:45 306 0

Azfar Business League - ¼ final mərhələsi: Favoritlər yarımfinalda, Eyyub Əfəndiyev yenidən bombardirlik taxtında (FOTO, VIDEO)

ABL Yaz Kuboku 2017/18 turnirinin ¼ final mərhələsi və prestij xalları uğrunda növbəti matçlar keçirilib.

Bakı. 12 may şənbə günü ABL Yaz Kuboku 2017/18 turnirinin ¼ final mərhələsi və prestij xalları uğrunda növbəti matçlar keçirilib. Trend matçların nəticələrini təqdim edir: “R.İ.S.K. Company” – “İteca Caspial LLC” 4-4 (pen. 1-3) “İteca Caspian LLC” turnirin ən centlmen komandası olan “R.İ.S.K. Company” ilə matça fəal başlayıb və 2-0 önə keçməyi bacarıb. Lakin “R.İ.S.K. Company” qarşılıq verərək fasiləyə qədər hesabı bərabərləşdirə bilib, 3-3. İkincisi hissədə komandalar hərəyə bir qol vurublar və oyunun əsas vaxtı heç-heçə başa çatıb. Əlavə vaxtda komandalar qapılara yol tapa bilməyiblər və matçın qalibi penalti seriyası ilə müəyyən edilib. Penaltiləri daha dəqiq yerinə yetirən “İteca Caspian LLC” meydançadan qalib ayrılıb. “Təhsil Nazirliyi” – “Smart Systems Technology” 2-4 Matç İslam İsmayılovun benefis matçı olub. Hesabı təhsil işçiləri açsa da, İslam İsmayılov əvvəlcə 2 qol vuraraq komandasını önə keçirib, hesab bərabərləşdirildikdən sonra isə daha iki qol vuraraq yekun nəticəni müəyyənləşdirib. Beləliklə, komandasının bütün qollarına imza atan İslam İsmayılov poker edib. Günün ən maraqlı oyunları əlbəttə ki, ¼ final qarşılaşmaları olub. “Təmiz Şəhər” – “Azersun” 0-5 Açıq-aşkar “Azərsun”un üstünlüyü ilə keçən qarşılaşmada əlamətdar hadisə Eyyub Əfəndiyevin dubl etməsi və bombardirlik yarışında İlham Babayevi arxada qoyaraq 24 qolla yenidən 1-ci yerə çıxması olub. Qarşılaşmada hesabı məhz o açaraq, turnirlərdəki 50-ci yubiley qolunu vurub. “Təmiz Şəhər” ilk hissədə nisbətən müqavimət göstərsə də, ikinci hissədə rəqibin qollarına mane ola bilməyib. “Azersun”un heyətində isə ən məhsuldar oyunçu 2 qol və 2 ötürmə ilə Eşqin Tağıyev olub. “Az Logistika” – “Polat Yol” 2-5