Sabahın HAVAsı


Digərləri 15 May 2018 13:04:59 245 0

Sabahın HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 763 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Mayın 16-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.