Qarabağ atları üzərində şou Böyük Britaniya kraliçasını valeh etdi FOTO


Digərləri 15 May 2018 12:59:00 337 0

Qarabağ atları üzərində şou Böyük Britaniya kraliçasını valeh etdi  FOTO

May ayının 10-13 tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan "Royal Windsor Horse Show" adlı tədbirdə xalqımızın mədəni sərvəti olan Qarabağ atları üzərində hazırlanmış "Od­lar Yurdu - Azərbaycan" adlı möh­təşəm şou-proqram tədbir izləyicilərinə nümayiş etdirilib və böyük rəğbətlə qar­şılanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 84 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tərəfindən hazır­lanmış möhtəşəm bədii kompozisiya tədbir izləyicilərinin diqqət mərkə­zində olub, kütləvi informasiya vasitələrində və sosial mediada geniş işıqlandırılıb.

Bu il 75 illik yubileyini qeyd edən "Royal Windsor Horse Show" atçılıq tədbirində Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən işti­rak etməsi nəticəsində tamaşaçılar vətənimizin mərdlik, igidlik, şücaət simvollarından olan Qara­bağ atına valeh olub.

Təsadüfi deyil ki, 1956-cı ildə II Elizabetə hədiyyə olunan ilk Qara­bağ atı - "Zaman" Böyük Bri­taniyada Azər­baycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.