Komitə: "Ramazan ayı ilə bağlı başqa təqvim çapına məqsədli şəkildə icazə verilməyib"


Digərləri 15 May 2018 12:41:00 336 0

Komitə: "Ramazan ayı ilə bağlı başqa təqvim çapına məqsədli şəkildə icazə verilməyib"

Bu il ərzində Ramazan ayı ilə bağlı başqa təqvim çapına məqsədli şəkildə icazə verilməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.

Komitə sədrinin müavini bildirib ki, təqvim çap etmək istəyən bunu yalnız istinadla edə bilər: "Belə halların şahidi olanlar dərhal aidiyyəti şöbələrə müraciət edə bilər".

G.İsmaylov məscidlərdə azanların eyni vaxtda verilməsi məsələsinə də toxunub. O qeyd edib ki, vahid mənəvi mühit qorunub saxlanılmalıdır: "Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə yaxından əməkdaşlıq ediləcək. Bu il daha yaxşı nəticələr əldə ediləcək. Ötən il bununla bağlı cəmi bir-iki fakt var idi".