Azərbaycan Beynəlxalq Bankının 100 müştərisi bu gün Xəzər TV-nin canlı efirində “Yüzdən biri ol”acaq!


Digərləri 15 May 2018 12:40:42 280 0

Azərbaycan Beynəlxalq Bankının 100 müştərisi bu gün Xəzər TV-nin  canlı efirində “Yüzdən biri ol”acaq!

Azərbaycan Beynəlxalq Bankının “Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasının uduş fondu bu gün saat 22:00–da “Xəzər” televiziyasında canlı yayımda oynanılacaq.

Bakı. Azərbaycan Beynəlxalq Bankının “Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasının uduş fondu bu gün saat 22:00–da “Xəzər” televiziyasında canlı yayımda oynanılacaq. Canlı yayımı eyni vaxtda bankın Facebook səhifəsində də izləmək olar. Trend-in məlumatına görə, bugünkü canlı yayımda qaliblər kompüter vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 60 iştirakçı 100 manat, 25 iştirakçı 300 manat, 10 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə “İpad Pro 9.7”, daha 2 qalibinə “İphone X” smartfonları hədiyyə veriləcək. Birinci yerin qalibi isə Maldiv adalarına 2 nəfərlik (5* oteldə 1 həftə) səyahət paketi əldə edəcək. Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq.