19 yaşlı oğlan gizli yaşadığı qadını başqa kişi ilə tutdu və... Sumqayıtda ŞOK HADİSƏ


Digərləri 15 May 2018 11:58:00 313 0

19 yaşlı oğlan gizli yaşadığı qadını başqa kişi ilə tutdu və...  Sumqayıtda ŞOK HADİSƏ

Sumqayıt şəhərində qız üstündə qətl törətməkdə təqsirli bilinən Gədəbəy rayon sakini, 1998-cı il təvəllüdlü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teymur Sadıqov 2017-cı il tarixdən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə telefon əlaqəsi saxladığını bilib.

Sevgilisindən xəyanət

Teymur Sadıqov Vüsalə Dadaşovanın əvvəlki sevgilisi ilə münasibətlərini bərpa etməyə cəhd etməsini özünə qarşı xəyanət hesab edib. O, bunu qüruruna sığışdırmayaraq münasibətlərini aydınlaşdırmaq üçün 26 iyun 2017-ci il tarixdə, saat 15-də 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında Taleh Babazadə ilə görüşüb. Taleh Babazadə hərəkətlərinə görə üzr istəsə də, Teymur Sadıqov onu bağışlamayıb.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar əlbəyaxa olublar. Daha sonra hər iki şəxs oradan ayrılıb.

İyunun 27-də saat 11-də Bakıdan Sumqayıta gedən Taleh Babazadə mobil telefonu ilə zəng vuraraq təkidlə Teymur Sadıqovu görüşə çağırıb.

Qamışlıqda qanlı dava

Onlar həmin gün saat 13-də Sumqayıt şəhəri, Sülh küçəsində görüşüblər və münasibətlərini aydınlaşdırmaq məqsədilə yaxınlıqda olan qamışlıq sahəyə gediblər.

Orada Taleh Babazadə Teymur Sadıqova bir gün əvvəl iş yerinə gəlməsinə iradını bildirib, onun və Vüsalə Dadaşovanın ünvanına nalayiq ifadələr işlədib. Bununla da onların aralarında dava-dalaş yaranıb.

Qətl

Bundan sonra o, Taleh Babazadədən qisas alaraq, onu öldürmək qərarına gəlib. Teymur Sadıqov əvvəlcə ona yumruqla vurub, sonra üzərində gəzdirdiyi bıçaqla ürək nahiyəsinə bir neçə zərbə endirib. Taleh Babazadə aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Teymur Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Onunla birlikdə yaşamağa başladıq"

Təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Sadıqov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, həmyerlisi Vüsalə Dadaşova ilə 2017-ci ilin əvvəlində rayonda tanış olub: "Vüsalə mənə iş tapacağını vəd etdi, bu səbəbdən onun təklifi ilə Sumqayıta gəldim. Vüsalə mənim üçün mənzil kirayələdi, özümü də kafelərdən birinə ofisiant işinə düzəltdi. Bir müddət sonra isə Vüsalənin yaşadığı yataqxanaya köçdüm və onunla birlikdə yaşamağa başladım. Nə valideynlərimin, nə də qohumlarımın özümdən yaşca çox böyük qadınla münasibətimdən xəbərləri olub".

"Vüsalədən şübhələnməyə başladım"

Teymur Sadıqovun sözlərinə görə, Vüsalə ona ərindən ayrıldığını, həyatında kimsənin olmadığını deyib: "Vüsalənin keçmiş ərinin qohumu Vəfa müalicəsi ilə əlaqədar rayondan Bakıya gələndə bizim yanımızda gecələyirdi. Həmin vaxt mayın ortaları idi. Vəfa Vüsaləyə zəng vuraraq, Talehin onunla danışmaq istədiyini dedi. Mən Talehi əvvəllər tanımamışam, Vüsalə də mənə bu barədə heç nə deməmişdi. Telefonu Vüsalədən alaraq Vəfadan Talehin kim olduğunu soruşdum. Vəfa "qohumumdur, Vüsalənin şəklini telefonda görüb xoşu gəlib, danışmaq istəyir", - dedi. Bu səbəbdən Vəfaya iradımı bildirdim, Vüsalədən isə şübhələnməyə başladım".

"Danışıqların izahatını tələb etdim"