Misirdə turist yaxtası batdı


Digərləri 15 May 2018 11:57:00 226 0

Misirdə turist yaxtası batdı

Misirin Hurqada kurort şəhərinin sahillərində turist yaxtası batıb.

Bakı. Misirin Hurqada kurort şəhərinin sahillərində turist yaxtası batıb. Trend-in məlumatına görə, hadisə zamanı yaxtada 14 nəfər olub. Bildirilir ki, qəza dəniz gəzintisi zamanı baş verib. Qəzaya səbəb yaxtanın dənizdəki böyük mərcanların üzərinə çıxması göstərilib. Sahil-mühafizə xidmətinin müdaxiləsi nəticəsində yaxtadakı sərnişinlər və heyət üzvləri xilas edilib.