Dövlət qulluğuna qəbul üçün namizədlərlə müsahibə bu gün başa çatır


Digərləri 15 May 2018 10:50:00 227 0

Dövlət qulluğuna qəbul üçün namizədlərlə müsahibə bu gün başa çatır

Dövlət İmtahan Mərkəzi (DİM) 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 2018-ci il 13 fevral tarixində elan edilmiş ümumi müsahibə üzrə günlük yekun məlumatı açıqlayıb.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 2018-ci il 13 fevral tarixində elan edilmiş ümumi müsahibə üzrə günlük yekun məlumatı açıqlayıb. DİM-dən Trend-ə verilən məlumata görə, 2018-ci il 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 2018-ci il 13 fevral tarixdə elan edilmiş ümumi müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr bu il mayın 14-də davam etdirilib. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil olunub. Gün ərzində keçirilməsi nəzərdə tutulan 28 müsahibədən 19-u baş tutub, 9 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 12-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib.