"Azərbaycanda 7 yeni İslam kollecinin fəaliyyətə başlaması üçün işlər aparılır"


Digərləri 15 May 2018 09:11:00 239 0

"Azərbaycanda 7 yeni İslam kollecinin fəaliyyətə başlaması üçün işlər aparılır"

Hazırda Azərbaycanda yeddi İslam kollecinin fəaliyyətə başlaması üçün işlər aparılır.

Son.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-in sorğusuna cavab olaraq bildirilib.

Komitədən verilən məlumata görə, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi və DQİDK-nin dövlət qeydiyyatına aldığı 10 İslam kolleci var ki, onlardan Şəki İslam Kolleci, Əliabad İslam Kolleci və Şəbnəm İslam Kolleci uzun illərdir ki, fəaliyyət göstərir:

"Onlar Qafqaz Müsəlmanları İdarəsinin idarəçiliyi və nəzarəti altında fəaliyyət göstərirlər. Bu üç kollec ötən ilədək İslam mədrəsəsi adı ilə fəaliyyət göstərib, 2017-ci ildən isə İslam kolleci kimi dövlət qeydiyyatına alınıblar".