“Atlas” robotu qaçmağı öyrəndi VİDEO


Digərləri 15 May 2018 08:59:00 269 0

“Atlas” robotu qaçmağı öyrəndi  VİDEO

"Boston Dynamics" şirkəti "Atlas" insanabənzər robotunun yeni imkanlarını nümayiş etdirən növbəti video çarxını dərc edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, il yarım əvvəl "Atlas" bir ayağı üstə tarazlığı saxlamağı öyrənib. Payızda isə o, ictimaiyyətə arxaya salto tullanmaq bacarığını nümayiş etdirib.

İndi də "Atlas" hamar olmayan səthlə qaçmağı və maneələrdən tullanmağı bacarır.

Çox güman ki, robototexnikanın inkişafı ilə 10 ildən sonra buna bənzər video çarxlar insanlarda gülüş yaradacaq. Ancaq hazırda onlar olduqca təsiredici görünür.