Siyəzəndə "KAMAZ"la "TOFAŞ" toqquşub: ölən var


Digərləri 14 May 2018 23:25:03 324 0

Siyəzəndə "KAMAZ"la "TOFAŞ" toqquşub: ölən var

Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “TOFAŞ” markalı minik avtomobili toqquşub.

Bakı. Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “TOFAŞ” markalı minik avtomobili toqquşub. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalan sərnişin, 1992-ci il təvəllüdlü Qəniyev Seymur Nadirşah oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.