İtirilmiş sənədi geri almaq üçün nə qədər rüsum ödənilməlidir? VİDEO


Digərləri 14 May 2018 21:47:00 257 0

İtirilmiş sənədi geri almaq üçün nə qədər rüsum ödənilməlidir?  VİDEO

"Poçtap" xidməti vasitəsi ilə bu günə kimi 885 sənəd tapılıb. Onlardan 282 sənəd öz sahibinə təhvil verilib.

Son.az bildirir ki, ötən ilin ilin fevral ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Poçtap" xidmətini istifadəyə verib. "Azərpoçt" MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Tapılan sənədlər arasında şəxsiyyət vəsiqələri üstünlük təşkil edir.

Sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin lazımi ünvana çatdırılma rüsumu isə "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

İstənilən şəxs poçt şöbələrinə yaxınlaşaraq, eləcə də "155" Çağrı Mərkəzi vasitəsilə, həmçinin pochtap.az saytında "Sənəd axtar" bölməsinə daxil olaraq itirdiyi sənədin tapılıb-tapılmaması barədə məlumat ala bilər. Tapılmadığı təqdirdə itirilən sənədi axtarışa da verə bilər.