Daşkənddə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı olub FOTO


Digərləri 14 May 2018 16:25:00 328 0

Daşkənddə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı olub  FOTO

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki (AMM) Heydər Əliyev muzeyində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən "Atabəy Eldəniz" romanının təqdimatı keçirilib.

Son.az xəbər verir ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

Tədbirdə AMM-nin direktoru Samir Abbasov Yunus Oğuzun yaradıcılığı haqqında ətraflı məlumat verərək deyib ki, bu əsər müəllifin yeddinci tarixi romanıdır. Müəllif bu romanda Azərbaycan tarixində mühüm yer tutan daha bir görkəmli dövlət xadiminin obrazını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətindən bəhs edir.

Sonra Samir Abbasov Yunus Oğuza Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.

Alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan" romanları işıq üzü görüb və populyarlıq qazanıb: "Atabəy Eldəniz" romanı isə müəllifin özbək dilində çap olunan dördüncü kitabıdır. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək".


Xəbərə aid fotolar