Leontyev Paşinyandan üzr istədi


Dünya 14 May 2018 15:44:00 252 0

Leontyev Paşinyandan üzr istədi

Jurnalist və "Rosneft"in vitse-prezidenti Mixail Leontyev "Komsomolskaya Pravda" radiosundakı qalmaqala görə Ermənistan baş naziri Nikol Paşinyandan üzr istəyib. 

Son.az bu barədə oxu.az-a istinadla xəbər verir. 

"Leontyev Paşinyana məktub göndərib. O, məktubunda səsləndirdiyi fikirlərə görə üzr istəyib", - erməni baş nazirin mətbuat xidməti məlumat yayıb. 

Məlumatlara görə, o, yersiz çılğınlığını Ermənistandakı hadisələrdən narahatlığı ilə izah edib. 

Qeyd edək ki, Leontyev "KP" efirində ermənilərin Rusiyadan başqa heç kimə lazım olmadığını və ölkənin bütün tarix boyunca Rusiyanın çiyinlərinə düşən əlavə yük olduğunu dilə gətirmişdi.