Talaçay daşdı: 4 nəfər son anda xilas edildi


Digərləri 14 May 2018 15:35:00 234 0

Talaçay daşdı: 4 nəfər son anda xilas edildi

Zaqatala rayonu ərazisində Talaçayın məcrasından çıxması nəticəsində 4 nəfər sel təhlükəsi ilə üzləşib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə rayon icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, aramsız yağışlar nəticəsində Talaçay daşıb və Mazıx kəndində təhlükə yaradıb: "Hadisə nəticəsində kəndin sahəsində arıçılıqla məşğul olan 4 nəfər evə qayıdarkən təhlükəli sellə rastlaşıb. Sakinlər boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediləndən sonra onların həyatını xilas etmək mümkün olub. Sakinlər xilas edilərək ailələrinə təhvil verilib, hazırda onların vəziyyəti qənaətbəxşdir".