Soçidə PaşinyanPutin görüşü başladı VİDEO FOTO


Dünya 14 May 2018 15:05:00 280 0

Soçidə PaşinyanPutin görüşü başladı  VİDEO  FOTO

Bu dəqiqələrdə Soçi şəhərində Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.

Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan, digər rəsmilər qatılıblar.