#Сümhuriyyətüçünyaz və 1000 manat QAZAN – Mediada yeni layihə


Digərləri 14 May 2018 14:54:00 257 0

#Сümhuriyyətüçünyaz və 1000 manat QAZAN – Mediada yeni layihə

2018-ci ildə 100 illik mirasın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi barədə Sərəncam imzalayıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar "Yeni Çağ" Media Qrupu da bir sıra tədbirlər planı nəzərdə tutub. Bunlardan biri də Media Qrupun elan etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsidir.

Xatırladaq ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti  cəmi 23 ay yaşamasına baxmayaraq, bu zaman kəsiyində 155 parlament iclası keçirilmiş, Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin hazırlayıb. Və bu tarixi varislik üzərində 1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edərək yeni müstəqil Azərbaycan dövlətini yaratdı. Çətin şəraitdə yenidən qurulan Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə rahat nəfəs aldı və dövlət müstəqilliyimiz qorundu. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında inkişaf edir.

#Cümhuriyyətüçünyaz haştaqı ilə təqdim olunan müsabiqənin əsas məqsədi AXC tarixini yaxşı bildiyinizi üzə çıxarmaqla yanaşı, bunu daha yaradıcı şəkildə təqdim etməyinizdir. Seçilən qalibə 1000 manat, 2-ci yerə 500 manat, 3-cü yerə isə 300 manat təqdim olunacaq. Postu yazarkən diqqətli olun, hər bir istifadəçi yalnız 1 (bir) post yaza bilər. Maksimum yazı sayı 200, minimum isə 10-dur.