Enerji içkisi dəmir pasını yox edir


Digərləri 14 May 2018 14:13:00 261 0

Enerji içkisi dəmir pasını yox edir

Enerji içkilərinin ziyanı barədə dəfələrlə məlumat verilib. Lakin enerji içkilərinin xeyiri də var imiş. Amma orqanizmə yox...

Son.az xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə enerji içkiləri ilə bağlı yeni video yayılıb. Videoda maşın yağı bulaşmış iş masasının səthinin enerji içkisi vasitəsi ilə asanlıqla təmizlənməsi əks olunub.

Videonu çəkən mexanik bildirib ki, enerji içkiləri belə səthləri təmizləmək üçün hətta xüsusi təmizləyici vasitələrdən daha effektlidir.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.


Xəbərə aid fotolar