Ərdoğandan Qüds açıqlaması Bu gün səfirlik TəlƏvivdən köçürülür


Dünya 14 May 2018 14:19:00 257 0

Ərdoğandan Qüds açıqlaması  Bu gün səfirlik TəlƏvivdən köçürülür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsi qərarını dəyərləndirib. 

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan "Özümüzü 2-ci Dünya Müharibəsi öncəsinin qaranlıq günlərindəki kimi hiss etməkdən saxlaya bilmirik" deyib. ABŞ-ın münaqişənin deyil, problemin bir parçası olmağı seçdiyini bildirən Ərdoğan Trampın rəhbərlik etdiyi hakimiyyətin Yaxın Şərqdə barış müddətindəki vasitəçilik rolunu itirdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün ABŞ-ın İsraildəki səfirliyi Təl-Əviv şəhərindən Qüdsə köçürülür. Səfirliyin açılışına Donald Tramp qatılmayacaq.

Təhməz Təkin Son.az