“AzSığorta” 2018-ci ilin 1-ci rübünü 3 milyon manat xalis mənfəətlə bitirib


Digərləri 14 May 2018 13:42:00 229 0

“AzSığorta” 2018-ci ilin 1-ci rübünü 3 milyon manat xalis mənfəətlə bitirib

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci rübünü iri mənfəətlə bitirib.

Bakı. Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci rübünü iri mənfəətlə bitirib. Şirkətdən Trend-ə verilən məlumata görə, bu ilin ilk rübündə şirkətin xalis mənfəəti 3 026 850 manat təşkil edib. 2018-ci ilin 1-ci rübündə “AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 9 407 196 manat təşkil edib, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 162 460 manat çoxdur. Bu ilin ilk rübündə “Azsığorta” ASC-nin xərcləri isə azalıb. Belə ki, 2017-ci ilin 1-ci rübündə bu göstərici 9 875 648 manat olduğu halda, bu ilin 1-ci rübündə 5 623 634 manat olub. Xərclərin 2 537 680 manatı əsas əməliyyat xərclərinin, 3 073 587 manatı işlərin aparılmasına, 12 366 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 3 783 562 manat, xalis mənfəət isə 3 026 850 manat təşkil edib.