Bakıda qızılgüllərin sərgisi keçiriləcək


Digərləri 14 May 2018 13:32:00 231 0

Bakıda qızılgüllərin sərgisi keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisi keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisi keçiriləcək. AMEA-dan Trend-ə verilən məlumata görə, 29-31 may tarixlərində keçiriləcək sərginin təşkilinin əsas məqsədi Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, qızılgül həvəskarlarını yeni sortlarla tanış etməkdir.