AzərbaycanGürcüstan sərhədində yubanmanın əsas


Digərləri 14 May 2018 13:28:00 233 0

AzərbaycanGürcüstan sərhədində yubanmanın əsas

Gürcüstanla sərhəddə yaranmış yubanmalar gömrük orqanlarının işinə fərqli yanaşma ilə əlaqədardır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

Onun sözlərinə görə, bu gün bir çoxları şikayət edir ki, Azərbaycan-Gürcüstan sərhədini keçərkən Gürcüstan tərəfdə yubanmalar 5-10 dəqiqə, Azərbaycan tərəfdə isə təqribən bir saat çəkir:

"İş burasındadır, Gürcüstan və Azərbaycanda gömrük orqanlarının işinə yanaşma fərqlidir. Belə ki, Gürcüstanda gömrük orqanları fiskal fəaliyyətlə məşğul olur. Azərbaycanda isə gömrük orqanları böyük mənada ölkənin təhlükəsizliyini təmin edirlər. Buna görə də Azərbaycan tərəfdə yoxlamalara çox vaxt gedir".

İ.Babayev əlavə edib ki, Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmaların ümumi həcminin 13 faizini, Gürcüstan gömrüyü isə 60 faizini təmin edir.