Elgiz efirdə Petek Dinçözün keçmişindən danışdı: “Anan dedi ki, bəs mənim qızım?” VİDEO FOTO


Şou-biznes 14 May 2018 12:51:00 410 0

Elgiz efirdə Petek Dinçözün keçmişindən danışdı: “Anan dedi ki, bəs mənim qızım?”  VİDEO  FOTO

ARB TV-nin "Səhər-səhər" proqramının növbəti qonağı türkiyəli məşhur müğənni Petek Dinçöz olub. Son.az bildirir ki, məşhur müğənni haqda danışan teleaparıcı Elgiz Əkbər sənətçinin keçmişindən söz açıb: "Bilirsiniz ki, mən 2 il İstanbulda yaşamışam. O zamanlar türkiyəli müğənnilərin Azərbaycana gəlməsi ilə bağlı fəaliyyətim olub. Biz istəyirdik ki, Gülşən xanımı Azərbaycana gətirək. Ofisdə Petek xanımın anası ilə tanış olduq. Nə qədər gözəl, şən bir insan idi. Mənə dedi ki, Gülşəni aparırsan, bəs mənim qızım?" Bu sözlərdən sonra məşhur müğənni Elgizin sözünü kəsərək, "Sus, yayındayıq" deyərək, mövzuya davam etməyə icazə verməyib. Daha sonra Petek Dinçözdən ağız dolusu danışan aparıcı artıq sənətçinin tez-tez xaricə üz tutduğunu və olduqca çox sevildiyini bildirib.


Xəbərə aid foto