Paşinyan məşhur türkiyəli iqtisadçını Yerevana çağırdı


Dünya 14 May 2018 12:46:00 216 0

Paşinyan məşhur türkiyəli iqtisadçını Yerevana çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan dünya şöhrətli türkiyəli iqtisadçı, erməniəsilli Daron Acemoğlunu Yerevana dəvət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2004-cü ildə Türkiyədən mühacirət edərək Massaçusets Texnologiya İnstitutunda işləməyə başlayan Acemoğlu Paşinyanın dəvətini qəbul edib. Baş nazir onu Ermənistan iqtisadiyyatını dirçəltmək üçün ölkəsinə çağırıb. Paşinyan məşhur iqtisadçının razılığını onunla telefon danışığından sonra alıb. Acemoğlunun Ermənistana gedəcəyi tarix hələlik dəqiqləşdirilməyib.