"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 14 May 2018 12:47:04 214 0

"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya valyuta birjalarında ABŞ-da inflyasiyanın artması, dolların ucuzlaşmasına, digər aparıcı valyutaların isə 1%-ə kimi bahalaşmalarına təsir edib. EUR/USD məzənnəsi yeni həftənin ilk sessiyasında 1.1960$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.1900$-ın üzərində qalmaqda davam edərsə, 1.2050 və 1.2118$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da müvafiq olaraq Avrozona iqtisadiyyatı üzrə gələcək gözləntiləri ölçən indeks və inflyasiya göstəriciləri açıqlanacaqdır. Fundamental məlumatların bazarlarda güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir. GBP GBP/USD məzənnəsi 1.3595$-a kimi bahalaşdıqdan sonra 0.5%-ə kimi korreksiya edib. Hal-hazırda 1.3560$-ın üzərində dalğalanan məzənnə, yenidən 1.3600$-ı yuxarı istiqamətdə qırarsa, 1.3676$-a kimi də artım dalğasını gücləndirə bilər.