Özəl ali məktəblərə qəbul olanların böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil DİM


Digərləri 14 May 2018 12:31:00 256 0

Özəl ali məktəblərə qəbul olanların böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil  DİM

Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur.

Son.az report-a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin dərc etdirdiyi "Abituriyent" jurnalının 12-ci sayında əksini tapıb.

Məlumata görə, özəl ali məktəblərə qəbul olunanlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar.

Bildirilib ki, 2017-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.07% olub (2016-cı ildə bu göstərici 4.15% olub). 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% təşkil edib: "On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil".